Yarmarkada rayonun müxtəlif idarə və müəssisələrində mövcud olan vakant iş yerləri təqdim edildi. Tədbirdə iş axtaran vətəndaşlarla yanaşı, müxtəlif dövlət qurumları və müəssisələrin nümayəndələri iştirak etdilər. Eyni zamanda, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (AZQMƏVŞAİB) üzvləri də aktiv iştirak edərək, bu təşəbbüsə dəstək verdilər.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab A. Əliyevin bu təşəbbüsü rayon sakinlərinin məşğulluq imkanlarının artırılması və rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.