AZ

Biləsuvarda Şəhid Cahid Şaiq oğlu Qəniyevin doğum günündə xatirəsi yad edildi - Vətən Naminə

">

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, RİH Başcısı aparatının şöbə müdiri Bəhruz Mirzəzadə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, Şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Qəniyev Cahid Şaiq oğlu 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Çaylı kənd tam orta məktəbində təhsil almış və 2012-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2013-cü ildən etibarən gizir hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qəniyev Cahid Şaiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Çaylı kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
10
13
vetennamine.az

10Mənbələr