AZ

Rusiya BMT TŞ-nin Ukrayna ilə bağlı qətnaməsi haqda: Bu, başlanğıc nöqtəsidir

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı qətnaməsinin danışıqlar üçün başlanğıc nöqtəsi olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya açıqlama verib.

“Biz qəbul edilmiş mətni Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində davamlı səylər üçün yalnız başlanğıc nöqtəsi kimi görürük. Hazırda qəbul edilmiş mətn ideal olmasa da, bu, sülhə gedən yoldan bəhs edən, konstruktiv və gələcəyə hesablanmış Şuranın nəticəsini qəbul etmək üçün ilk cəhddir”, - Nebenzya deyib.

O, Ukrayna böhranı ilə bağlı ABŞ-ın BMT Baş Assambleyasına təqdim etdiyi oxşar sənədin Rusiya əleyhinə və neytrallığını itirəcək reviziyalarla qəbul edildiyinə diqqət çəkib. Nebenzya sözügedən qərarı "Rusiya əleyhdarı bir kağız" olaraq xarakterizə edib:

Seçilən
81
40
publika.az

10Mənbələr