AZ

Rusiya ABŞ-dən viza istəyir

Rusiya ümid edir ki, ABŞ-ın yeni administrasiyası Rusiyanın BMT-dəki nümayəndə heyətlərinə viza verilməsini normallaşdıracaq.

Oxu24.com xəbər verir  ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Sergey Verşinin RİA Novosti-yə müsahibəsində bildirib.

 

Verşinin qeyd edib ki, Co Baydenin prezidentliyi dövründə rusiyalı diplomatlar BMT-nin beynəlxalq tədbirləri üçün vizaların gecikdirilməsi və ya verilməməsi ilə bağlı “tamamilə qəbuledilməz hallarla” qarşılaşıblar.

 

“Biz bunun qəbuledilməz olduğuna inanırıq. Biz bu sualı qaldırmışıq və bundan sonra da qaldıracağıq. Biz yaxşılığa doğru irəliləyişin olacağına ümid edirik”, - deyə nazir müavini bildirib.

 

Verşinin sözlərinə görə, təşkilatın mənzil-qərargahı ABŞ-da yerləşdiyi üçün Birləşmiş Ştatların mövcud razılaşmalara uyğun olaraq BMT qarşısında konkret öhdəlikləri var. Diplomat bu öhdəliklərin bir hissəsinin vizaların verilməsindən ibarət olduğunu vurğulayıb.

 

Bu arada Konqresin Respublikaçı üzvləri ABŞ-ın BMT-dən çıxarılması ilə bağlı qanun layihəsi təqdim ediblər. Sənəddə beynəlxalq təşkilatın və onun agentliklərinin maliyyələşdirilməsinin dayandırılması, həmçinin sülhməramlı missiyalarda iştirakın qadağan edilməsi təklif edilir.

 

Nebenzya daha əvvəl ABŞ-ın BMT-ni necə qəbul etdiyi barədə danışıb.

 

Nigar

 

Seçilən
67
40
oxu24.com

10Mənbələr