AZ

Ərdoğan Xocalı qurbanlarının xatirəsini yad edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

Bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm",-paylaşımda qeyd olunub.
 
 

Seçilən
153
27
7news.az

10Mənbələr