AZ

Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar paylaşım etdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

Bu barədə Ərdoğan “X” hesabında etdiyi paylaşımda kədərini ifadə edib.

“Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.

Yaxşı və pis gündə iki qəlbdə bir can olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

DOĞRU.AZ

 

Seçilən
181
27
dogru.az

10Mənbələr