Yazını böyüt
Yazını kiçilt
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.
Hafta.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Bildirilib ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.