Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.
Bu barədə Ekologiya.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

