AZ

1099-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1099-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 616 PUA-sı, 597 zenit-raket kompleksi, 21 742 tank və digər zirehli texnikası, 1 522 reaktiv yaylım atəş sistemi, 22 042 artilleriya və minaatanı, 32 121 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
34
49
axar.az

10Mənbələr