AZ

Expressbank rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib

®Bəşəriyyətin tarixinə həkk olunmuş ən dəhşətli cinayətlərdən biri olan Xocalı Soyqırımının bu gün 33-cü ildönümüdür. 

Bu münasibətlə Expressbank rəhbərliyi Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Ana harayı” abidəsini ziyarət edib, abidənin önünə Expressbank adından qızılgül əklili və qərənfillər qoyub. Abidə önündə faciə qurbanlarının xatirəsi hörmətlə yad edilib.

Expressbank fəaliyyətə başladığı gündən etibarən xalqımızın mənəvi dəyərlərinə, şanlı tarixinə xüsusi həssaslıqla yanaşır və bununla bağlı hər zaman əlamətdar tədbirlər həyata keçirir. 

Seçilən
16
5
banker.az

6Mənbələr