AZ

"Expressbank" rəhbərliyi “Ana harayı” abidəsini ziyarət etdi

Bəşəriyyətin tarixinə həkk olunmuş ən dəhşətli cinayətlərdən biri olan Xocalı Soyqırımının bu gün 33-cü ildönümüdür.

Axar.az xəbər verir ki, bu münasibətlə "Expressbank" ASC-nin rəhbərliyi Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Ana harayı” abidəsini ziyarət edib, abidənin önünə "Expressbank" adından qızılgül əklili və qərənfillər qoyub. Abidə önündə faciə qurbanlarının xatirəsi hörmətlə yad edilib.

"Expressbank" fəaliyyətə başladığı gündən etibarən xalqımızın mənəvi dəyərlərinə, şanlı tarixinə xüsusi həssaslıqla yanaşır və bununla bağlı hər zaman əlamətdar tədbirlər həyata keçirir.

Seçilən
12
5
axar.az

6Mənbələr