Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yüksələn ilk komandalar bəlli olacaqlar.
Bizim.Media xəbər verir ki, cavab görüşlərinin ilk oyun günündə "Qarabağ" səfərdə minimal hesabla məğlub etdiyi "Səbail"i saat 16:00-da qəbul edəcək.
İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan "Sumqayıt"la "Sabah" isə saat 19:30-da üz-üzə gələcək.
Qeyd edək ki, cavab görüşlərinə fevralın 28-də "Zirə" - "Araz-Naxçıvan", "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
27 fevral
Azərbaycan Kuboku
1/4 final mərhələsi
Saat 16:00, "Qarabağ" - "Səbail";
Saat 19:30, "Sumqayıt" - "Sabah".
Bizim.Media