Misli Premyer Liqasında XXV tur davam edir.
İdman.biz xəbər verir ki, turun ikinci günündə avrokuboklara iddialılar meydana çıxacaqlar.
Günün ilk matçı Tovuzda baş tutacaq. “Zirə” “Turan Tovuz”un qonağı olacaq.
Digər qarşılaşma paytaxtda keçiriləcək. “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
XXV tur
4 mart (çərşənbə axşamı)
17:30. “Turan Tovuz” – “Zirə”
Baş hakim: Elçin Məsiyev
Tovuz şəhər stadionu
19:30. “Sabah” – “Araz-Naxçıvan”
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”
1 | Qarabağ | 25 | 19 | 3 | 3 | 62-15 | 60 |
2 | Zirə | 24 | 14 | 3 | 7 | 40-21 | 45 |
3 | Araz-Naxçıvan | 24 | 13 | 6 | 5 | 23-16 | 45 |
4 | Turan Tovuz | 24 | 11 | 9 | 4 | 32-24 | 42 |
5 | Sabah | 24 | 7 | 12 | 5 | 33-30 | 33 |
6 | Neftçi | 24 | 6 | 9 | 9 | 22-32 | 27 |
7 | Şamaxı | 25 | 6 | 6 | 13 | 22-31 | 24 |
8 | Sumqayıt | 25 | 6 | 4 | 13 | 15-35 | 22 |
9 | Kəpəz | 24 | 5 | 4 | 15 | 21-49 | 19 |
10 | Səbail | 25 | 4 | 6 | 15 | 20-38 | 18 |
Bombardirlər: Leandro Andrade ("Qarabağ"), Cesse Sekidika (“Sabah”) - 9 qol.
İdman.biz