AZ

Honda ilə uğursuz birləşməyə görə Nissan-ın baş direktoru vəzifəsindən azad edilir

Yaponiyanın "Nissan Motor" şirkəti baş direktoru Makoto Uçidanı vəzifəsindən azad etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Qeyd olunur ki, Direktorlar Şurası bu qərarı şirkətin aşağı kredit reytinqi və "Honda" ilə birləşmə danışıqlarının nəticəsiz qalması səbəbindən verib. Uçida fevralın əvvəlində demişdi ki, lazım gələrsə, vəzifəsini tərk etməyə hazırdır, lakin "Nissan"ın biznesini sabitləşdirənə qədər qalmaq istəyir.

2024-cü ilin dekabr ayının ikinci yarısında Yaponiyanın avtomobil nəhəngləri "Honda" və "Nissan" biznesin qarşılıqlı inteqrasiyası məsələsi üzrə anlaşma memorandumu imzalayıblar. Bildirilib ki, 2026-cı ilin avqustundan "Nissan" və "Honda" müştərək holdinqin bütövlükdə törəmə şirkətləri olacaqlar.

2025-ci ilin fevralında "Nissan Motors" "Honda Motors" ilə birləşmə danışıqlarını dayandırmaq qərarına gəlib.

"Danışıqlar holdinq şirkəti modeli əsasında aparılıb, lakin inteqrasiya payı kimi şərtlər razılaşdırılmayıb. "Honda" "Nissan"ı törəmə şirkətə çevirməyi təklif etdi, lakin "Nissan" daxilindəki güclü müqavimətə görə danışıqların dayandırılmasına qərar verildi", deyə Nikkei Asia agentliyi xəbər verib.

Poliqon.info

Seçilən
95
14
poliqon.info

10Mənbələr