AZ

"Nissan"a daha da batmasın deyə yeni rəhbər gətirilir

"Nissan" "Honda" ilə birləşmə danışıqlarının uğursuzluğundan sonra CEO Makoto Uçidanı vəzifədən uzaqlaşdırmağa hazırlaşır.

Milli.Az biznes insayderə istinadla xəbər verir ki, şirkət daxilində baş planlaşdırma rəhbəri olan İvan Espinozanın 1 aprel tarixindən etibarən "Nissan"ın yeni baş direktoru olacağı bildirilib. Uçida isə mart ayının sonunda vəzifəsindən ayrılacaq.

Bu dəyişiklik "Nissan" ın ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi dövrdə baş verir. Şirkət bu il 80 milyard yen (536 milyon dollar) zərər gözləyir və kredit reytinqləri "junk" səviyyəsinə endirilib. Bundan əlavə, Nissan keçən il 9 min işçisini ixtisar edib və istehsal gücünü 20% azaltmaq qərarına gəlib. Uçida "Honda" ilə birləşmə planlarını reallaşdırmağa çalışsa da, tərəflər arasında razılıq əldə olunmayıb.

Hazırda "Nissan"ın böyük səhmdarı olan Renault SA şirkətin Geely kimi alternativ tərəfdaşlarla işləməsinin daha məqsədəuyğun olduğunu hesab edir.

İslam
Milli.Az

Seçilən
0
14
milli.az

10Mənbələr