AZ

“ABŞ Ukraynaya əlavə təhlükəsizlik zəmanəti verməyəcək” – Tramp

“ABŞ Ukraynaya əlavə təhlükəsizlik zəmanəti verməyəcək”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kabinetinin ilk iclasında bəyan edib.

O bildirib ki, Amerika orada olduğu müddətdə heç kim Ukraynaya hücum etməyəcək.

Tramp Ukraynanın təhlükəsizliyinin cümə günü Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı imzalamağa ümid etdiyi ölkələr arasında təbii sərvətlər sazişi ilə təmin ediləcəyini deyib.

“Bu, Ukrayna üçün də böyük sövdələşmədir, çünki biz oraya gedəcəyik və biz orada işləyəcəyik. Bilirsiniz, bu, bir növ avtomatik təhlükəsizlik şəbəkəsidir, çünki biz orada olanda heç kim bizimlə qarışdurma istəməz”, - Tramp bildirib.

Tramp Ukrayna və Rusiya ilə işlərin “çox yaxşı” getdiyini qeyd edib. Buna görə də, o, sülh razılaşmasının ən yaxın vaxtda əldə olunacağına ümid etdiyini bildirib.

Tramp həmçinin, Ukraynanın NATO alyansına qoşulmayacağını bir daha vurğulayıb. Onun sözlərinə görə, Moskva da güzəştə getməli olacaq.

ABŞ prezidenti təsdiqləyib ki, Zelenski cümə günü nadir torpaq metalları və digər mövzular üzrə saziş imzalamaq üçün Vaşinqtona səfər edəcək. Bununla belə, Tramp qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna üçün genişmiqyaslı təhlükəsizlik zəmanəti verməyi planlaşdırmır.

Qeyd edək ki, ABŞ və Ukrayna arasında təbii sərvətlərlə bağlı sazişin fevralın 28-də Vaşinqtonda imzalanması gözlənilir.

Yeniavaz.com

Seçilən
168
50
hurriyyet.az

10Mənbələr