ABŞ hələlik Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.
Onun sözlərinə görə, Amerika artıq Ukraynaya milyardlarla və milyardlarla vəsait verməyə davam edə bilməz.
O hesab edir ki, bu gün Ukraynanın axtardığı təhlükəsizlik təminatlarından danışmaq tezdir.
Uolts vurğulayıb ki, sülh naminə hər iki tərəf güzəştə və kompromisə getməli olacaq.