AZ

"Mercedes" Çində kütləvi ixtisarlara hazırlaşır

"Mercedes-Benz" (MBGn.DE) Çində satış və maliyyə bölmələrində çalışan işçilərin 10-15%-ni ixtisar etməyi və 2027-ci ilə qədər ofis xərclərini dörddə bir azaltmağı planlaşdırır. 

Valyuta.Az "Reuters"ə istinadla xəbər verir ki, Alman avtomobil nəhəngi bu addımı qlobal miqyasda xərcləri azaltmaq strategiyasının bir hissəsi kimi atır.*  

Təxminən 2 000 nəfərdən ibarət olan "Mercedes-Benz China"nın tədqiqat və inkişaf bölməsi isə bu ixtisarlardan təsirlənməyəcək. Bu da şirkətin Çində yerli bazara uyğun məhsullar hazırlamağa xüsusi diqqət yetirdiyini göstərir. Çünki "Mercedes-Benz" bu ölkədə yerli avtomobil istehsalçılarının artan rəqabəti ilə üzləşir.

Alman avtomobil nəhəngi qlobal miqyasda xərcləri azaltmaq siyasəti aparır və ötən həftə 2025-ci ildə gəlirlərinin kəskin azalacağını proqnozlaşdırıb. Buna baxmayaraq, şirkət yaxın illərdə Çində bazar payını qorumaq və artırmaq üçün iri sərmayələr yatırmağı planlaşdırır. Son illərdə yalnız elektromobillərə yönəlmiş yeni yerli şirkətlər alman istehsalçılarının bazar payını ələ keçirməkdədir.

Təxminən 5 000 işçisi olan "Mercedes-Benz China"nın sözçüsü satış və maliyyə işçilərinin 10-15% ixtisara salınması planı ilə bağlı şərh verməkdən imtina edib. Lakin ofis xərclərinin 25% azalacağı barədə məlumatın doğru olmadığını bildirib, əlavə təfərrüat isə paylaşmayıb.

Mənbənin sözlərinə görə, "Mercedes-Benz" yerli təchizatçılarla daha çox tərəfdaşlıq qurmağı planlaşdırır ki, bu da məhsulların rəqabət qabiliyyətini artırmağa yönəlib. O əlavə edib ki, xərclərin azaldılması hədəfləri bazarın inkişafına uyğun dəyişə bilər.

Şirkətin maliyyə direktoru Harald Vilhelm bu ayın əvvəlində keçirilən hesabat konfransında bildirib ki, "Mercedes-Benz"in Çindəki istehsal işçilərini çalışdıran "BBAC" (dövlətə məxsus "BAIC Motors" ilə birgə müəssisə) material xərclərini 10%-dən, istehsal xərclərini isə 20%-dən çox azaltmağı planlaşdırır. Lakin o, işçi heyəti ilə bağlı konkret məlumat verməyib. 

Vilhelm "BBAC"nin 2024-cü il üçün satışlardan əldə etdiyi gəlirin 15% olduğunu və bu birgə müəssisənin "son dərəcə sağlam" vəziyyətdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, xərclərin azaldılması proqramı gəlirliliyi qorumaq üçün istehsal prosesinin optimallaşdırılmasına yönəlib.

Bundan əlavə, Vilhelm bildirib ki, şirkət Çində və ABŞ-də daha çox yerli istehsal həyata keçirməyi planlaşdırır. Bu addım dünyanın iki ən böyük iqtisadiyyatı arasında artan ticarət gərginliyindən qorunmağa hesablanıb.

Rəhim

Seçilən
38
50
valyuta.az

10Mənbələr