AZ

Daha bir şirkət Azərbaycanda 5G-nin işə salınmasına hazırlaşır

"Nokia" tezliklərdən istifadə üçün icazə aldıqdan sonra Azərbaycanda 5G şəbəkəsini quraşdıracaq.

“Report” xəbər verir ki, bunu “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şunin "Onlayn Azərbaycan" layihəsinin hesabat tədbirinin kuluarlarında jurnalistlərə bildirib.

"Nokia”nın Azərbaycanda 5G pilot layihəsi olub və bu layihə ötən il Bakıda işləyib. Layihənin pilot mərhələsi demək olar ki, başa çatıb. Hazırda tənzimləyicilərin tezliklərə icazə verməsini gözləyirik. Lisenziya əlçatan olan kimi, layihənin həyata keçirilməsinə başlamağa hazır olacağıq. Buna görə də, tezliklər ayrılan və operatorlar onları alan kimi şəbəkənin quraşdırılmasına hazırıq", - o bildirib.

A.Şunin sözlərinə görə, 5G-ni tətbiq edən bir çox operatorlarda monetizasiya prosesi kifayət qədər yavaş gedir: "Şəbəkəyə yatırılan investisiyalar əhəmiyyətlidir, vəsaitlərin geri qaytarılması isə istənilən qədər sürətli deyil. Buna görə də bir çox operatorlar dördüncü nəsil şəbəkələrinə yatırılmış investisiyaları maksimum geri qaytarmağa çalışaraq 4G və 4G+ inkişafına diqqət yetirməyə üstünlük verirlər".

Seçilən
2
50
report.az

10Mənbələr