Çində şərikləri ilə birlikdə 17 uşağı qaçırıb satan 61 yaşlı qadın edam edilib.
"Unikal" xəbər verir ki, bu barədə Çin Prokurorluğu məlumat yayıb.
"Ali Xalq Məhkəməsinin təsdiqi ilə 28 fevral 2025-ci il tarixində Quizhou Əyalətinin Guiyang Şəhərinin Ara Xalq Məhkəməsi Yu Huayinqi qanunla müəyyən edilmiş prosedurlara uyğun olaraq edam etdi və prokurorluq qanuna uyğun olaraq yerində nəzarəti həyata keçirmək üçün şəxsi heyət göndərdi", - məlumatda deyilir.
Oktyabr ayında Quizhou Əyalət Məhkəməsi Yu Huayinqi ölüm cəzasına məhkum edib. Məhkəmə müəyyən edib ki, 1993-2003-cü illər arasında qadın və onun tərəfdaşları Quizhou və Yunnan əyalətlərindən və Chongqing şəhərindən olan 17 uşağı qaçırıblar. Bundan sonra onlar uşaqları Hebei əyalətində satıblar.
Çin mətbuatının yazdığına görə, satılanlar arasında qadının öz uşağı da olub.