AZ

“Sportinfo” işə qarışdı, klubun intizarı başa çatdı - FOTOLAR

“Kəpəz”ə avtobus alınması üçün ianə edən azarkeşlərin intizarı başa çatıb.

Futbolun İnkişaf Fondunun 2022-ci ilin payızında başlatdığı “100k” layihəsi çərçivəsində şəxsi vəsaitindən keçən şəxslərin fotoları klubun avtobusunun üzərinə yapışdırılıb.

“Kəpəz” üçün avtobus təxminən 1 il öncə alınsa da, geridə qalan 11 ay ərzində nəqliyyat vasitəsinin üzərində piksellərə rast gəlmirdik. Və bu, ianə edən bəzi şəxslərin narahatlığına səbəb olmuşdu.

Fevralın ilk günlərində məsələni işıqlandırandan, həm də Futbolun İnkişaf Fondundan reaksiya öyrənəndən bir neçə gün sonra problem həllini tapıb.

Odur ki, “Kəpəz” üçün “100k” layihəsinə ianə edən şəxslər öz şəkillərini avtobusun üzərində görə bilərlər.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
66
34
sportinfo.az

10Mənbələr