Qadın futbolçulardan ibarət Monteneqro millisinin baş məşqçisi Mirko Mariç UEFA Millətlər Liqasının rəqib olduqları Azərbaycan yığmasından danışıb.
Sportinfo.az xəbər verir ki, 55 yaşlı mütəxəssis komandamızın onlara tanış rəqib olduğunu bildirib:
“Son üç oyunda bizi iki dəfə məğlub edən tanış rəqiblə qarşılaşdıq. Həmin oyunlardan nəsə öyrənmişik”.
Mariç Litva və Azərbaycanın da yer aldığı C Liqasındakı 4-cü qrupda birinci yeri tutmaq istədiklərini sözlərinə əlavə edib:
“Hədəfimiz B Liqasına yüksəlməkdir və bu istiqamətdə hazırlaşacağıq. Qrupda birinci yeri tutmaq istəyirik.
Bu, bir çox amillərdən, ilk növbədə bütün oyunçuların sağlam və hazır olub-olmamasından asılı olacaq.
İstənilən halda, maksimum gücümüzü ortaya qoymağa çalışacağıq.
Düşünürəm ki, qrupumuzdakı komandaların hamısı bərabər gücdədir. Bəzi detallar həlledici olacaq”.