Ağ Ev ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında mübahisədən sonra ləğv edilən nahar menyusunu açıqlayıb.
Bu barədə Ağ Ev rəhbərinin müavini Den Skavino X sosial şəbəkəsində məlumat verib.
“Bu gün günortadan sonra Prezident Tramp və onun gözəl komandası ilə nahar oldu. Saat 13:30-da Prezident Tramp yerin olması səbəbindən daha bir neçə komanda üzvünü dəvət etdi”, – deyə o yazıb.
Scavino menyunun fotosunu da yerləşdirib. Qonaqlara pomidor, kələm və qulançar ilə yaşıl salat, rozmarinli toyuq əti, desert üçün isə krem-brule, müxtəlif giləmeyvə və sitrus peçenyeləri təqdim etməyi planlaşdırırdılar.
Bundan əvvəl Sky News xəbər vermişdi ki, Ağ Ev əməkdaşları Zelenski üçün hazırlanan şam yeməyinə dəvət olunublar.
Fox News-a müsahibə verən Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla söhbəti zamanı etdiyi hərəkətlərə görə üzr istəməkdən imtina edib.
DOĞRU.AZ