AZ

Tramp Zelenskiyə bu yeməyi hazırlatdırıbmış: ÖZÜ YEYİB - AĞ EV

ABŞ Prezidenti Donald Tramp Oval kabinetdəki məlum mübahisədən sonra Ukrayna lideri Volodimir Zelenskinin nahar payını yeyib.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.

Mətbuat katibi Trampın, Zelenskinin sülh danışıqları aparmaq vəziyyətində olmadığını hiss etdiyindən, naharı ləğv etmək qərarına gəldiyini söyləyib: “ABŞ Prezidenti Zelenskinin naharını hərfi və məcazi mənada yedi”.

Məlumata görə, Tramp qonaqlara rozmarin və kərəviz kökündən hazırlanmış püre ilə toyuq qovurması verəcəkdi. Liderlərin naharına pomidor, kələm, qulançar və balla yaşıl salat da daxil idi. Desert siyahısında isə krem-brule, müxtəlif giləmeyvə, peçenyelər və s. olmalı idi.

Ukrayna nümayəndə heyətinin Ağ Evi tərk etməsinə baxmayaraq, Tramp hazırlanan nahardan imtina etməyib. Boş yerlər olduğuna görə daha bir neçə komanda üzvünü masaya dəvət edib.

Seçilən
105
5
korrespondent.az

10Mənbələr