AZ

Premyer Liqa: 25-ci turun təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turunun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Səbail” – “Şamaxı” matçını Əliyar Ağayev, “Sumqayıt” – “Qarabağ” görüşünü isə Rauf Cabbarov idarə edəcək. “Turan Tovuz” – “Zirə” matçı Elçin Məsiyevə, “Sabah” – “Araz-Naxçıvan” oyunu Rəvan Həmzəzadəyə həvalə olunub. “Kəpəz” – “Neftçi” görüşündə də Cavid Cəlilov söz sahibi olacaq.

Premyer Liqa
25-ci tur
3 mart

“Səbail” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

4 mart

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:30.

5 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

Seçilən
33
1
arena.az

3Mənbələr