AZ

Premyer Liqa: “Şamaxı” “Səbail”ə, “Qarabağ” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 25-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Səbail”lə “Şamaxı” komandaları üz-üzə gələcəklər. Autsayderlərin duelini Əliyar Ağayev idarə edəcək. “Şamaxı” hazırda 21 xalla 8-ci, “Səbail” isə 18 xalla sonuncu pillədə qərarlaşıb.

Bu, “Səbail”lə “Şamaxı”nın 26-cı dueli olacaq. Əvvəlki 25 oyunda “Səbail” 9, “Şamaxı” 7 qələbəyə sevinib. 9 görüşdə də heç-heçə qeydə alınıb. “Səbail” son iki ev oyununda qalib gəlib. “Şamaxı” son üç matçda qol vurmayıb.

Günün digər oyunu 10 oyundur qol və qələbə üzünə həsrət qalmış “Sumqayıt”la lider “Qarabağ” arasında olacaq. Sözügedən komandalar yubiley – 50-ci görüşdə üz-üzə gələcəklər. Əvvəlki 49 oyunda “Sumqayıt” cəmi 7 qələbə qazanıbsa, “Qarabağ” 37 dəfə 3 xala sevinib. 5 görüşdə isə heç-heçə qeydə alınıb. Son 4 qarşılaşmada qol vuran komanda qalib gəlib. “Sumqayıt”ın son iki ev görüşünün hərəsində bir qol qeydə alınıb.

Ötən tur “Sabah”la oyunda xal itirmiş “Qarabağ” 57 xalla zirvədə qərarlaşıb. Ardıcıl 3 oyundur uduzan “Sumqayıt” isə 22 xalla 7-ci pillədədir.

Premyer Liqa
25-ci tur
3 mart

“Səbail” – “Şamaxı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 17:00.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

4 mart

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Masazır Arena”, 19:30.

5 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 17:00.

Seçilən
16
1
arena.az

3Mənbələr