Xırdalanda iaşə obyektində yanğın baş verib.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub”, – nazirliyin məlumatında qeyd olunub.
Bildirilib ki, məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.