AZ

FHN: Xırdalanda iaşə obyektində yanğın olub

Xırdalanda iaşə obyektində yanğın baş verib.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub”, – nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, məlumatlar əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir”, – FHN-in mətbuat xidməti diqqətə çatdırıb.

Seçilən
101
7
azreform.info

10Mənbələr