AZ

Həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq edilir – Ombudsman

Həbsə alternativ qətimkan tədbirləri olduqca az hallarda tətbiq olunmaqdadır. Ombudsman şəxsi cəmiyyətdən təcrid etmədən azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaların və həbsə alternativ qətimkan tədbirlərinin (ev dustaqlığı, girov, şəxsi zaminlik və s.) tətbiqi praktikasının genişləndirilməsini zəruri hesab edir.

Olaylar.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi, istintaq hərəkətlərinin mümkün qədər qısa müddətdə yekunlaşdırılması, prokurorluq tərəfindən prosessual nəzarətin gücləndirilməsi, habelə azadlıqdan məhrumetməyə alternativ cəzalara üstünlük verilməsi penitensiar müəssisələrdəki sıxlıq probleminin aradan qaldırılmasına da müsbət təsirini göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
56
7
olaylar.az

9Mənbələr