Baki. Trend:
Cari ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası üzrəsığorta haqları 85 milyon manat olub.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə6,9 milyon manat və ya 8,8% çoxdur.
Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda qeyri-həyatsığortası üzrə sığorta haqqları 78,1 milyon manat olub.
Bəhs olunan dövrdə bu sığorta sinifi üzrə ödənişlərin həcmi 8,4milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 557 min manat,yaxud da 6,2% azdır. 2024-cü ilin ilk ayında Azərbaycandaqeyri-həyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 9 milyonmanat təşkil edib.
Qeyd edək ki, ötən ay bu sığorta sinifi yığılmış 100 manatsığorta haqqı üçün 10 manat sığorta ödənişi edilib ki, bu da, ötənilin eyni dövründən 1,5 manat azdır. Ötən ilin ilk ayında bu məbləğ11,5 manat idi.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.