Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış icbari sığorta haqlarının həcmi 23,1 milyon manat olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon manat və ya 11% çoxdur.
2024-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış icbari sığorta haqlarının həcmi 20,8 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az