AZ

İranda güclü zəlzələ oldu

Bu gün Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Saat 09:55 radələrində meydana gələn zəlzələ 28 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələnin episentrinə yaxın bölgələrə Qızıl Aypara Cəmiyyətinin qrupu göndərilib.

Hələlik dağıntılar və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
85
4
olaylar.az

5Mənbələr