İranda güclü zəlzələ olub.
Ekologiya.az “Tasnim News”-a istinadən xəbər verir ki, bu gün Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, yerli vaxtla 09:55 radələrində meydana gələn zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.
Bildirilib ki, zəlzələnin episentrinə yaxın bölgələrə Qızıl Aypara Cəmiyyətinin qrupu göndərilib.
Dağıntılar və insan itkisi ilə bağlı məlumat yoxdur.