Bu gün Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamaya görə, episentri Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhəri olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 09:55-də qeydə alınıb.
28 kilometr dərinlikdə baş verən zəlzələdə tələfat olub-olmaması ilə bağlı hələlik açıqlama verilməyib.