AZ

İranda 5,1 bal gücündə zəlzələ olub

Bu gün İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində 5,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə “Tasnim” məlumat yayıb.

Saat 09:55 radələrində meydana gələn zəlzələ 28 km dərinlikdə qeydə alınıb.

Bildirilib ki, zəlzələnin episentrinə yaxın bölgələrə Qızıl Aypara Cəmiyyətinin qrupu göndərilib.

Hələlik dağıntılar və ya tələfat barədə məlumat yoxdur.

Seçilən
79
4
korrespondent.az

8Mənbələr