AZ

AFFA Bassalu Sambunu 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kuboku və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Kuboku, 1/4 final mərhələsinin cavab oyunları

“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Zirə”nin azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” 500 manat cərimə edilib.

“Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Neftçi” klubu buna görə 1500 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 24-cü tur

“Araz-Naxçıvan-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Zirə-2” – “Kəpəz-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə” komandası 70 manat cərimə edilib.

“Zirə-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 70 manat cərimə edilib.

Seçilən
66
7
arena.az

10Mənbələr