AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin (maddə 37);
“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Zirə” klubu 500 manat cərimə edilsin (maddə 43.7);
“Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi” komandasının 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);