AZ

“Asan imza” sistemi niyə çöküb: Kimdir günahkar? - Açıqlamalar (Yenilənib)

“Artıq bir neçə gündür ki, “Asan imza” sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil”.

Mia.az xəbər verir ki, bu barədə APA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də sosial şəbəkə hesabında “Asan imza”nın çökməsi ilə bağlı problemə münasibət bildirib.

O.Gündüzün sözlərinə görə, adətən “Asan imza”da tez-tez baş verən bu tip problemlər bir neçə saata həll olunardı. İndi isə problemi bir sutkadan çoxdur ki həll edə bilməyiblər: “Görəsən nə baş verib ? Kiber hücummu olub, yeniləmə prosesində səhvlərmi baş verib ? Kimdir günahkar? Xatırladıram ki, “Asan imza” sistemi xarici şirkətə - “Best Solution” şirkətinə məxsusdur. Hələlik nə bu imzanın sahibi “Best Solution” şirkəti , nə də “Asan imza” şəxsi kabinetinin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bununla bağlı heç bir açıqlama verilməyib.

Ekspertin sözlərinə görə, mövcud yeni qanunvericiliyin tələblərinə görə “Asan imza” sistemi də kritik infrastruktura aid edilməlidir: “Kritik qurumların siyahıları açıqlanmadığından indiki halda bunu demək də çətindir. Lakin xeyli müddət fəaliyyət göstərməyən bir sistemin yaratdığı problem kütləvi xarakterlidir, bütün ölkə üzrə sahibkarlar və xidmət istifadəçiləri elektron xidmətləri əldə edə bilməyiblər. Sahibkarlar bununla əlaqəli öhdəlikləri yerinə yetirə bilməyiblər, əməkhaqlarını verə bilməyiblər və s. Sahibkarların, biznesin bununla əlaqəli problemlərdən çəkdiyi ziyanları kim ödəyəcək? Ən maraqlısı odur ki, 3 ildir fəaliyyətə başlayan digər rəqəmsal imza, SİMA çox yerə inteqrasiya olsa da, biznes sektoruna inteqrasiyanı başa çatdıra bilməyib. E-qaimə, bütün növ vergi bəyannamələri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi, əməkhaqları ilə bağlı və s. xidmətləri əldə etmək yalnız “Asan imza” ilə mümkündür.

MİA.AZ

Seçilən
125
7
mia.az

10Mənbələr