AZ

Azercell-də “Asan İmza” biabırçılığı

Artıq bir neçə gündür ki, “Asan imza” sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil.

Heftelik.az-ın xəbərinə görə,  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Asan İmza”da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil.

Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.

“Azercell Telekom” MMC-dən bildirilib ki, “Asan İmza”nın tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilib. “”Asan İmza” xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir” – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Asan İmza (Mobil imza) – Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. ASAN İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

Seçilən
116
34
heftelik.az

10Mənbələr