
“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya aid şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.
Bildirilib ki, əşyalar ailələri tərəfindən muzeyə təhvil verilib.