“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya aid şəxsi əşyalar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.
Bildirilib ki, əşyalar ailələri tərəfindən muzeyə təhvil verilib.
Qeyd edək ki, muzeyə daxil olan yeni materiallar tezliklə ekspozisiyada nümayiş olunacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta