AZ

İtaliya Ukraynaya qoşun göndərməkdən imtina etdi

İtaliyanın baş naziri Giorgi Meloni Fransa və Böyük Britaniyanın İtaliya kontingentinin Ukraynadakı mümkün Avropa qüvvələrinin tərkibinə daxil edilməsi təklifini rədd etdiyini açıqlayıb.-  Vətəninfo.az xəbər verir ki, bu barədə  o,  Rai1  telekanalının efirində bildirib .

“İtaliya Fransa və Böyük Britaniyanın avropalı əsgərlərin göndərilməsi ilə bağlı təklifinə şübhə ilə yanaşdığını bildirib. Fikrimcə, bunu həyata keçirmək çox çətindir, onun effektivliyinə əmin deyiləm, buna görə də Ukraynaya italyan əsgərlərini göndərməyəcəyimizi açıqladıq”, – İtaliyanın baş naziri bildirib.

“Nəhayət, hamının məqsədi eynidir: Ukraynaya ədalətli sülh, sabit və davamlı sülh, mən yekun deyərdim. Ona görə də əsas məsələ Ukrayna üçün təhlükəsizlik təminatlarını ehtiva edən sülhün necə qurulmasıdır”, – o əlavə edib.

Martın 2-də Londonda bir sıra Avropa ölkələrinin liderlərinin Ukraynadakı vəziyyəti və kollektiv Avropa təhlükəsizliyini müzakirə etmək üçün qeyri-rəsmi sammiti keçirilib. Görüşdən sonra Meloni Ukraynaya avropalı hərbçilərin göndərilməsinə şübhə ilə yanaşdığını qeyd edib. O, Qərbi birliyə çağırıb və bildirib ki, Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı istənilən qərar “Atlantik struktur” çərçivəsində qəbul edilməlidir.

Seçilən
54
1
veteninfo.az

2Mənbələr