AZ

İtaliya Ukraynaya ordu göndərməkdən imtina edir

İtaliyanın baş naziri Corc Meloni bildirib ki, o, Fransa və Böyük Britaniyanın İtaliya kontingentinin Ukraynadakı mümkün Avropa qüvvələrinin tərkibinə daxil edilməsi təklifini rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “Rai1” telekanalının efirində bildirib.

"Fikrimcə, bu, həyata keçirilməsi çox çətin bir şeydir, onun effektivliyinə əmin deyiləm, ona görə də biz İtaliya qoşunlarını Ukraynaya göndərməyəcəyimizi söylədik", - o deyib.

"Son nəticədə hamının bir məqsədi var - Ukrayna üçün ədalətli sülh, sabit və uzunmüddətli sülh, mən deyərdim ki, yekun sülh. Ona görə də əsas məsələ Ukrayna üçün təhlükəsizlik təminatlarını ehtiva edən sülhün necə qurulmasıdır", - deyə Meloni əlavə edib.

Seçilən
37
1
operativmm.az

2Mənbələr