AZ

"Milan"ın qapıçısı hakimi təhqir etdiyinə görə cəzalandı

"Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub. Metbuat.az xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb. Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib. O, eyni zamanda 15 min avro cərimələnib.


Seçilən
14
4
metbuat.az

5Mənbələr