AZ

"Milan"ın qapıçısı diskvalifikasiya olundu

İtaliyanın "Milan" klubunun qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq diskvalifikasiya olunub.

Azreform.info xəbər verir ki, o, A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

Fransalı qolkiper görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.

29 yaşlı "əlcək sahibi" bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.

Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.

Seçilən
13
4
azreform.info

5Mənbələr