AZ

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb

Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.

Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Seçilən
24
5
aznews.az

10Mənbələr