AZ

Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub - Dövlət Xidməti

Bakı. Trend:

Cari ilin fevral ayında Xüsusi Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 120kiberhücum indikatoru (IOC) müəyyən edib.

Trend XRİTDX-inKompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabataistinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü iləmüqayisədə 38 faiz artıb.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında Xüsusi Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faizçoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlətqurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasındamüəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsiüzrə 95,895 milyon zərərli keçid, Mərkəzi antivirus sistemivasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemivasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blokedilib”, - deyə hesabatda bildirilir.

Seçilən
26
9
az.trend.az

10Mənbələr