AZ

Rusiya da sülhə hazırdır, müsbət siqnallar aldıq - Tramp

Danışıqlar zamanı ABŞ hökuməti Rusiyadan “inandırıcı siqnallar” alıb ki, Rusiya tərəfi Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması üzrə saziş bağlamağa hazırdır.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatında çıxışı zamanı bildirib.

"Bu çılğınlığı dayandırmağın vaxtıdır. Qətlləri dayandırmağın vaxtıdır. Bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Əgər müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız"-deyə, Tramp vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
4
turkustan.az

5Mənbələr