AZ

Tramp: Zelenskidən vacib məktub aldım, o hazırdır! –“RUSİYADAN DA BELƏ SİQNALLAR VAR...”

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən məktub alıb.

 

Senzor.az bildirir ki, bu barədə Tramp ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı deyib.

 

Tramp qeyd edib ki, Zelenski məktubda Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib: “Bu gün Zelenskidən vacib məktub aldım, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

 

Tramp vurğulayıb ki, danışıqlar zamanı ABŞ hökuməti böhranın sülh yolu ilə nizamlanması üzrə saziş bağlamağa hazır olması barədə Rusiyadan da inandırıcı siqnallar alıb: “Eyni zamanda Rusiya ilə ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair inandırıcı siqnallar aldıq. Bu çılğınlığı, qətlləri dayandırmağın vaxtı gəldi. Bu mənasız müharibəni dayandırmağın vaxtıdır. Müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”.


Ətraflı bu linkdəki videosüjetdə: https://www.youtube.com/watch?v=eo7I91MuRBc

Seçilən
10
4
senzor.az

5Mənbələr