AZ

Şamaxinkadakı tunellə bağlı açıqlama - VİDEO

Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə (Şamaxinka adlanan ərazi) sütunlardan birinin vəziyyəti ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: “Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
3
5
bakivaxti.az

8Mənbələr